Ötən 2 ayda Azərbaycanda geyim istehsalı artıb | Banco.az

Ötən 2 ayda Azərbaycanda geyim istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-fevral aylarında geyim istehsalı artıb. Belə ki, ötən 2 ayda ölkədə 12,9 milyon manat dəyərində geyim istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2023-cü ilin ilk 2 ayı ilə müqayisədə geyim istehsalında 37,1% artım müşahidə olunub.

Həmçinin, ötən ay ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 88,6 milyon manat dəyərində məhsul istehsal edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et