Otellərdə yeni dövr - Otaq xidmətini icra edən robotlar | Banco.az

Otellərdə yeni dövr - Otaq xidmətini icra edən robotlar

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Hilton və Marriott otelləri qida, içki, təmizlik və hətta heyvanların baxımı üçün otaq xidmətlərini yerinə yetirmək məqsədilə robotlardan istifadə etməklə personal-müştəri münasibətində ciddi tədbirlər görüblər. Healdsburg şəhərindəki Marriott otellər şəbəkəsinə məxsus Hotel Trio-da otelin xəritəsinə müvafiq proqramlaşdırılan, lift və telefon sistemləri ilə əlaqə yaradan və otaqlarda beş dəqiqə dayana bilən "Rose" adlı sosial məsafəli robot işə başlayıb.

Otelin CEO-su açıqlamasında, "Rosé istənilən əşyanı otel nömrələrinə təqdim edərək ünsiyyətsiz təslimata üstünlük verən qonaqların rahatlığını təmin edir.", deyə bildirib. Qonaqlar hər dəfə otel nömrəsindən çıxdıqları zaman strelizasiya edilmiş Rosé tərəfindən qarşılanır, təslimatlarını qəbul şöbəsindən əldə edə bilirlər. 

"Winnie" adlı oxşar bir robot isə eyni məqsədlə Los-Anceles şəhərində yerləşən Hilton otellər şəbəkəsinə məxsus LAX Embassy Suites-də istifadə edilir. Otel müdriyyəti iyun ayının sonunda artıq qonaqların 60%-nin sözügedən robotla tanış olduqlarını bildirib. Hər ikisi Hiltona aid olan və eyni binada yerləşən H Hotel Los Angeles və Homewood Suites otellərinin restoranlarında qonaqlara yemək servisi etmək üçün "Hannah" adlı robot xidmət göstərir.

Qeyd edək ki, hər iki robot sözügedən otellər tərəfindən müştərilərin əyləncəsini təşkil etmək məqsədilə istifadə edilirdi, ancaq pandemiya səbəbilə artıq sosial məsafəni təmin edən xidmət vasitələrinə çevriliblər. 

Ən sərfəli kredit üçün müraciət et

Hotel Trio rəsmilərindən biri bildirib ki, bu robotların otaqları təmizləmək və ya yükləri daşımaq kimi funksiyaları olmadığından insan əməyini tamamilə əvəzləməsi mümkün deyil və bununla da, robotlar insanların yerini əvəz etmədən müştəri təcrübəsini təkmilləşdirməyə xidmət göstərir.

Həmçinin oxu: Tanınmış hava yolu şirkəti sərnişinlərinə COVID-19 sığortası etdirəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et