Orxan Hüseynovu daha yaxından tanıyaq | Banco.az

Orxan Hüseynovu daha yaxından tanıyaq

Bu gün, iyunun 19-da “Azər Türk Bank” ASC səhmdarlarının Ümumi Yığıncağında Orxan Ziyad oğlu Hüseynov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 8 dekabr 2016-cı il tarixində Bankın Müşahidə Şurasının növbədənkənar iclası keçirilmişdi və İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq  Orxan Ziyad oğlu Hüseynova həvalə edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Orxan Ziyad oğlu Hüseynov 2007-ci ildən bank sahəsi üzrə fəaliyyət göstərir və ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb. O, 2010-2014-cü ildərdə “Texnika Bank”ın idarə heyətində təmsil olunub və heyətin üzvü olub. 2014-2016-cı illərdə isə “Bank Standart”ın idarə heyəti sədrinin müavini olub.