Bu ilin yanvar ayında Azərbaycanda orta aylıq nominal əmək haqqı 712,1 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% çoxdur.
Azərbaycan əhalisinin gəlirləri 9%-ə yaxın artıb
Komitənin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 8 301,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 8% artaraq 834 manata çatıb.
marja