Orta aylıq əmək haqqı artıb | Banco.az

Orta aylıq əmək haqqı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7% artaraq 426,4 manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmək haqqı neft sektorunda 1 621,8 manat, qeyri-neft sektorunda 397,1 manat, dövlət bölməsində 344,7 manat, özəl bölmədə 549,7 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 269,5 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 319,5 manat təşkil edib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et