"Oppo" şüşədən hazırlanan smartfon modelini təqdim etdi | Banco.az

"Oppo" şüşədən hazırlanan smartfon modelini təqdim etdi

Müəllif - Aida İsaq, Banco.az

Çinin “Oppo” şirkəti hər il keçirilən “Inno Day” təqdimatı çərçivəsində şüşə korpusa sahib smartfonun prototipini təqdim edib. 

Banco.az xəbər verir ki, şirkətin məlumatına görə, modelin hazırlanmasında sadəcə şüşədən istifadə olunub. Hazırda adı açıqlanmayan cihazın kamera blokunda “Mari Silicon” yazısını görmək mümkündür. Şirkət bu ad altında smartfon kameralarında qeydə alınan təsviri mükəmməlləşdirmək üçün istifadə olunan neyroprosessorlar istehsal edir.

Telefonun nümayiş etdirildiyi stenddə həmçinin naqilsiz qulaqlıq, saat və naqisliz enerji doldurucu cihaz da yer alıb. Adı çəkilən bütün modellər dizayn edilərkən müəyyən hissələrində şüşə materialdan istifadə olunub. 

Məhsulların bazara təqdim olunma vaxtı ilə bağlı hər hansısa məlumat açıqlanmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et