Müəllif: Tamara Mustafayeva, Banco.az
“OpenAI” Sinqapur, Paris və Brüsseldə ofislər açacaq.
Banco.az xəbər verir ki, ABŞ-da yerləşən süni intellekt tədqiqat şirkəti “OpenAI” Nyu-York, Sietl, Paris, Brüssel və Sinqapur da daxil olmaqla bir neçə şəhərdə yeni ofislər açır.
Şirkətin qlobal böyümə planlarının bir hissəsi olaraq atılan addım San-Fransisko, London, Dublin və Tokiodakı ofislərin davamı olacaq.
Qlobal genişlənmə planları mərkəzi ofisi San-Fransiskoda yerləşən ChatGPT istehsalçısının ötən həftə 6,6 milyard dollarlıq böyük maliyyə dövriyyəsini başa vurmasından sonra elan edilib.
Qeyd edək ki, “OpenAI” Asiya Sakit Okean regionunda müştəriləri və tərəfdaşları dəstəkləmək üçün mərkəz rolunu oynayacaq komanda qurmağa başlayıb.
Şirkət hazırda mühəndis vakansiyası üzrə işə qəbul həyata keçirir və Sinqapur ofisini bu ilin sonuna qədər açmağı planlaşdırır. Bu, aprel ayında Tokio ofisinin açılışından sonra “OpenAI”nin Asiyada ikinci ofisi olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!