Ekvatorial Qvineya 2017-ci ildə OPEC - neft ixrac edən ölkələr təşkilatına üzv olmaq niyyətindədir. "TASS" agentliyinə istinadən verilən xəbərə görə, bu açıqlama ölkənin mədən və karbohidrogen naziri Qabriel Mbeqa Obianq tərəfindən verilib: "Biz tam əminik ki, Ekvatorial Qvineyanın maraqları OPEC-in dünya neft sənayesinin inkişafı ilə üst-üstə düşür".
Qeyd edək ki, Afrikanın neft hasilatının həcminə görə 3-cü ən böyük ölkəsi olan Ekvatorial Qvineya OPEC-ə üzv olarsa, təşkilatdakı ölkələrin sayı 14-ə, Afrikadan olan OPEC üzvlərinin sayı isə 6-ya çatacaq.
Mənbə: Report.az