Müəllif - Aida İsaq, Banco.az
Səudiyyə Ərəbistanı və digər OPEC+ üzvləri neft hasilatını sutkada 500 min barrelə qədər artırmaq niyyətindədir. Banco.az xəbər verir ki, sazişdə müəyyən dəyişiklərin edilməsi ilə bağlı gizli məlumatlar yayılıb.
Qərarın dekabrın 4-də keçiriləcək OPEC+ toplantısında verilməsi gözlənilir. Qarşıdan gələn soyuq havalar və müvafiq olaraq xammala olan tələbatın artması səbəbindən istehsal kvotasının artırılacağı ehtimal olunur. Neft tələbinin 2023-cü ilin birinci rübündə sutkada 1,69 milyon barel artaraq 101,3 milyon barelə çatacağı gözlənilir.
Səudiyyə Ərəbistanı isə hasilatın artması ilə bağlı xəbərləri təkzib edib. Həmçinin BƏƏ də sazişin dəyişdirilməsi ilə bağlı müzakirələrdə iştirak etmədiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!