OPEC qlobal neft tələbi proqnozlarını açıqlayıb | Banco.az

OPEC qlobal neft tələbi proqnozlarını açıqlayıb

OPEC təşkilatı 2017-ci və 2018-ci illər üçün qlobal neft tələbatı ilə bağlı proqnozunu artırıb.

Bu barədə təşkilatın aylıq neft bazarı hesabatı olan "OPEC monthly oil market report"da məlumat verilib.

Hesabata əsasən, 2017-ci və 2018-ci illərdə qlobal neft tələbatı əvvəlki proqnozla müqayisədə müvafiq olaraq 30 min barel/gün artırılıb. Proqnozların artırılmasından sonra 2017-ci ildə qlobal neft tələbi 96,8 mln. barel/günə yüksəlib və illik artım 1,5% təşkil edib. 2018-ci il üçün isə qlobal neft tələbi 98,14 mln. barel/gün təşkil edib, illik artım 1,4% olub.

Ən sərfəli kredit üçün müraciət et

OPEC-in hesabatında 2017-ci il üçün proqnozun artırılmasına səbəb kimi OECD ölkələri və Çində neftə olan tələbin yüksəlməsi amili göstərilib.

Mənbə: Report.az