Tamara Mustafayeva, Banco.az
Neft İxrac edən Ölkələr Birliyi (OPEC) dünən Vyanada keçirilən iclasda pandemiyadan sonrakı ən böyük hasilatın azaldılması qərarını qəbul edib. Bu qərardan sonra "Goldman Sachs"dan "Morgan Stanley"ə qədər bir çox qurum neft qiymətləri ilə bağlı proqnozlarını artırıblar.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, beynəlxalq qurumlar neftin qiyməti ilə bağlı proqnozlarını yeniləyiblər.
Martijn Rats başda olmaqla "Morgan Stanley" analitikləri Brent markalı neftin qiymətinin 100 dollar/barelə gözləniləndən daha tez yüksələcəyi ilə bağlı proqnozlarını bölüşüblər. Bank 2023-cü ilin ilk üç ayı üzrə Brent markalı neftin qiymət proqnozunu 5 dollar artımla 100 dollara çatdırıb. Növbəti 3 rüb üçün proqnoz isə dəyişməyib.
"Goldman Sachs" Enerji Analitiki Damien Courvalin də “hazırda tədarüklə bağlı baş verən bütün yeniliklər ilin sonuna doğru qiymətlərin bahalaşacağını göstərir”, deyə açıqlama verib. Bank Brent markalı neft üçün son rüb proqnozunu 100 dollardan 110 dollara qaldırıb.
Qeyd edək ki, Brent markalı neft bugün 0,3 faiz bahalaşma ilə 93 dollar səviyyələrində ticarət olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!