OPEC-in qərarı neftin ucuzlaşması riskini yüksəldir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

OPEC-in qərarı neftin ucuzlaşması riskini yüksəldir

"OPEC+"un neft hasilatını artırmaq qərarı xammalın qiymətinin azalması riskini yüksəldir.

Bu barədə Böyük Britaniyanın "Capital Economics" konsaltinq şirkətinin hesabatında deyilir.

Qeyd edək ki, OPEC+ ölkələrinin 23-cü nazirlər iclasında neft hasilatının yanvar ayından etibarən 400 min barel/sutka artırmaq barədə qərar qəbul edilib.

"Bu xəbər koronavirusun "omikron" ştammının xammala tələblə bağlı qeyri-müəyyənliyi artırması fonunda neft qiymətlərinə onsuz da yüksək olan təzyiqi daha da gücləndirir. Biz hesab edirik ki, ABŞ-ın neft ehtiyatlarını satışa çıxarması barədə qərarı "OPEC+"un hasilatı artırmaqla bağlı planlarını işə salmaqda əsas səbəblərdən biri oldu. OPEC+ iri neft istehlakçıları tərəfindən növbəti addımları tətikləmək istəmədiyi üçün bu addımı ata bilər. Amma etiraf etmək lazımdır ki, yeni ştamm barədə xəbərlərin yayılmasından sonra qiymətlərin kəskin azalmasını nəzərə alsaq, "OPEC+"un bu qərarı bir qədər gözlənilməzdir", - hesabatda qeyd olunur.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram