"OPEC+-ın ixtisar qərarı qlobal artıma mənfi təsir göstərəcək" | Banco.az

"OPEC+-ın ixtisar qərarı qlobal artıma mənfi təsir göstərəcək"

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ/Yellen: OPEC+-ın ixtisar addımı qlobal artıma müsbət təsir göstərməyəcək.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Canet Yellen OPEC+-ın may ayından etibarən neft hasilatını azaltmaq qərarının qlobal artıma mənfi təsir göstərəcəyini və yüksək inflyasiya dövründə qeyri-müəyyənliyi və təzyiqləri artıracağını bildirib.

Yellen Yale Universitetində iştirak etdiyi tədbirdən sonra mətbuata açıqlamalar verərək OPEC+ qrupunun may ayından etibarən neft hasilatını gündəlik 1 milyon bareldən çox azaltma qərarını dəyərləndirib.

Qərarı “qeyri-konstruktiv” bir hərəkət kimi qiymətləndirən Yellen, “Aydındır ki, bu, qlobal artım üçün müsbət deyil və inflyasiyanın onsuz da yüksək olduğu bir vaxtda qeyri-müəyyənliyi və təzyiqləri artırır”, deyib.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən hərəkətin qiymətlərə təsirinin necə olacağından hələ ki, əmin olmadığını bildirən nazir bunu qiymətləndirmək üçün bir az daha vaxta ehtiyac olduğunu qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et