OPEC III rübdə neft hasilatının artacağını proqnozlaşdırır | Banco.az

OPEC III rübdə neft hasilatının artacağını proqnozlaşdırır

Tamara Mustafayeva, Banco.az

OPEC-in hesabatına görə, üçüncü rübdə qlobal neft bazarında təklif həddindən çox artacaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Neft İstehsal edən Ölkələr Birliyinin (OPEC) aylıq hesabatı gündəlik təxminən 570 000 barel hasilat artıqlığına işarə edir.

OPEC aylıq hesabatında üçüncü rübdə tələbatı ödəmək üçün üzvlərinin hasil etməli olduğu neftin miqdarını gündə 1,24 milyon barel azaldaraq 28,27 milyon barrelə endirib. Bu səviyyə OPEC-in 13 üzvünün iyulda hasil etdiyi gündəlik neft hasilatından 570 min barel aşağıdır.

OPEC-in tədqiqat bölməsi bu rüb üçün qlobal neft tələbi proqnozunu sutkada 720 min barel azaldıb, OPEC-ə daxil olmayan ölkələr üçün isə gündəlik hasilatı 520 min barel artırıb. OPEC üçüncü rübdə orta gündəlik istehlakının 99,93 milyon barel olacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et