OPEC hasilatı artıra bilər | Banco.az

OPEC hasilatı artıra bilər

OPEC ölkələrinin noyabrın 30-da Vyanada keçirilən iclasında qəbul olunan hasilatın gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı qərara yenidən baxıla bilər.

Bir neçə gün sonra OPEC-in neft hasilatı ilə bağlı noyabr üzrə statistik hesabatı açıqlanacaq. 

"Reuters"in neft bazarı ekspertləri arasında apardığı sorğunun nəticələrinə görə, OPEC-in noyabr hasilatı 34,19 mln. barel/günə çataraq rekord vurub. Hasilatın artmasında ən böyük pay Anqola, Nigeriya, Liviya və İraqda olub. 

Ən sərfəli kredit üçün müraciət et

Agentlik bidirir ki, əgər proqnozlar özünü doğruldarsa, bu dəfə OPEC-in nəzərdə tutduğu səviyyə olan 32,5 mln. barel/günə qədər hasilatın azaldılması üçün ixtisar 1,69 mln. barel/gün olmalıdır. Əks halda neft bazarında yenidən 500 min barelə yaxın əlavə təklif yaranacaq.

Agentlik OPEC-in 6 ay sonra keçirəcəyi iclasda bu məsələni müzakirə edəcəyi gözlənilir. Ekspertlərin fikrincə, növbəti iclasa qədər OPEC üzrə hasilatın daha çox artacağı istisna edilmir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et