"OPEC+" hasilat planında dəyişiklik etməyib | Banco.az

"OPEC+" hasilat planında dəyişiklik etməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC+” qrupu keçirdikləri iclasdan sonra hasilat planını davam etdirmək qərarına gəlib.

Banco.az xəbər verir ki, “OPEC” və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət “OPEC+” qrupu hasilat siyasətini nəzərdən keçirmək üçün dünən onlayn formada görüş keçirib.

Görüşdə Çindəki tələb və Rusiyadakı təklif qeyri-müəyyənliyi səbəbindən mövcud istehsal siyasətini davam etdirmək qərarına gəlinib.

Xatırladaq ki, “OPEC+” ölkələri 5 oktyabr 2022-ci il tarixli iclasda 2022-ci ilin noyabrından etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmağa qərar vermişdilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et