Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və qrup ilə birlikdə hərəkət edən istehsalçıların Dekabr görüşündə istehsalın daha çox azaldılmasını müzakirə edəcəyi bildirilib.
Bu barədə adını açıqlamadığı OPEC mənbələrinə istinadən "Reuters" məlumat yayıb.
Xəbərdə OPEC üzvləri və digər istehsalçıların 2020 üçün zəif tələbə görə narahat olduqları qeyd edilib. Neftə tələb azaldığından qiymətlər düşür. Qiymətlərin daha çox düşməsinin qarşısını almaq üçün təklif azaldılmalıdır.
Mənbələr, Səudiyyə Ərəbistanının hasilatın daha çox azaldılmasından əvvəl Rusiyanın istehsalın azaldılması müqaviləsinə sadiq qalmasını istədiyini bildiriblər.
Qeyd edək ki, Azərbaycan da hasilatın azaldılması müqaviləsinə qoşulub.
Marja