OPEC+ çərçivəsində neft hasilatının ixtisarı planı artıqlaması ilə yerinə yetirilib | Banco.az

OPEC+ çərçivəsində neft hasilatının ixtisarı planı artıqlaması ilə yerinə yetirilib

OPEC+ formatının iştirakçı ölkələri neft hasilatının ixtisarı planını mart ayında 157 faiz yerinə yetirib.

Hesabat dövründə plana görə hasilatın maksimum həddi 41 296 min barel nəzərdə tutulduğu halda gündəlik hasilat həcmi 39 843 min barel olub.

O cümlədən OPEC üzv ölkələri hasilatın ixtisarı planını 155 faiz, qeyri-OPEC ölkələri isə 161 faiz yerinə yetirib. OPEC ölkələri arasında neft hasilatı planda nəzərdə tutulduğundan az olanlar Anqola, Ekvator Qvineyası, Əlcəzair, İraq, Konqo, Nigeriya, Səudiyyə Ərəbistanı, qeyri-OPEC ölkələrindən isə Azərbaycan, Bruney, Cənubi Sudan, Qazaxıstan və Malayziyadır.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram