OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb | Banco.az

OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin fevral ayında orta gündəlik xam neft hasilatının 458 min barel səviyyəsində olduğunu bildirib. 

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar ayında sutkalıq neft hasilatı 457 min barel, ötən ilin dekabr ayında isə 458 min barel olub.

Qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı ötən ilin dördüncü rübündə 458 min barel səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram