Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin yanvar ayında orta gündəlik xam neft hasilatının 459 min barel səviyyəsində olduğunu bildirib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin dekabr ayında sutkalıq neft hasilatı 459 min barel, noyabr ayında isə 457 min barel olub.
Qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı ötən ilin dördüncü rübündə 459 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
