OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb | Banco.az

OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin iyun ayında orta gündəlik xam neft hasilatının 464 min barel səviyyəsində olduğunu bildirib. 

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu ilin may ayında sutkalıq neft hasilatı 464 min barel, aprel ayında isə 462 min barel olub.

Qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı bu ilin ikinci rübündə 463 min barel səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram