OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb | Banco.az

OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin mart ayında orta gündəlik xam neft hasilatının 473 min barel səviyyəsində olduğunu bildirib. 

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu ilin fevral ayında sutkalıq neft hasilatı 475 min barel, yanvar ayında isə 466 min barel olub.

Qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı bu ilin birinci rübündə 471 min barel səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram