Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının təxminən 15 min barel artacağını və 700 min barel olacağını proqnozlaşdırır.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, artımın qismən Şahdəniz, Abşeron və Ümid-Babək qaz-kondensat layihələrindən əldə ediləcəyi proqnozlaşdırılır. Qeyd edilib ki, AÇG neft yataqlarında hasilat da bu il yeddinci AÇG platforması hesabına artmalıdır.
Xatırladaq ki, 2023-ci ildə bu göstərici orta hesabla 600 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!