Müəllif - Eldar Kərimov/Banco.az
OPEC+ ölkələri apreldən etibarən neft hasilatının artırılmasını təxirə salmağı nəzərdən keçirir.
Nümayəndələrdən birinin sözlərinə görə, hazırda qlobal bazarlar hələ də çox zəifdir və hasilat artımını bərpa etmək üçün uyğun zaman deyil. Hələ yekun qərar verilməyib və alyans daxilində fərqli fikirlər mövcuddur. Qərarın yaxın həftələrdə qəbul olunması gözlənilir.
Mövzuya münasibət bildirən Rusiya baş nazirinin müavini Aleksandr Novak, 3 fevralda keçirilən OPEC+ Monitorinq Komitəsinin iclasında apreldən hasilatın artırılması planının qüvvədə saxlanıldığını xatırladıb. O qeyd edib ki, bu mövzuda əlavə müzakirələr aparılmayıb, lakin alyansın bazar vəziyyətini hər ay yenidən qiymətləndirmək imkanı var.
"Bizim bu yaxınlarda Monitorinq Komitəsinin iclasımız oldu və orada bu məsələ ilə bağlı heç bir qərar qəbul etmədik. Hazırda apreldə hasilatın artırılması planı qüvvədə qalır və əlavə müzakirələr aparılmayıb. Amma bizdə vəziyyəti aylıq monitorinq etmək imkanı mövcuddur." – deyə o bildirib.