Onlayn kredit sifarişinin üstünlükləri | Banco.az

Onlayn kredit sifarişinin üstünlükləri

Hər bir bankın rəsmi internet səhifəsində “onlayn kredit sifarişi” bölməsi olur ki, buradan krediti asanlıqla, vaxt itirmədən və günün istənilən saatında sifariş verə bilərsiniz.

Bunun üçün şəxsi məlumatların tələb olunduğu (ad-soyad, yaşayış yeri, iş yeri, əmək haqqı və s.) anket formasını doldurmaq lazımdır.

Onlayn kredit sifariş etməyin digər üstünlükləri də var. Məsələn, siz sifariş edəcəyiniz bankı müəyyənləşdirməzdən əvvəl, onların faiz dərəcələri, maksimal məbləğ, həmçinin digər şərtlərini də müqayisə edə bilərsiniz.

Qeyd edək ki, bankların onlayn xidməti sırf kredit sifarişi bölməsi ilə məhdudlaşmır. Siz buradan həmçinin kredit kartları və digər bank məhsullarının sifarişini də verə bilərsiniz. Çox təəssüf ki, onlayn olaraq əldə olunan kreditlərin şərtlərində (faiz, müddət komissiya haqqı və s.) heç dəyişiklik və yaxud güzəşt tətbir olunmur. Lakin növbələrdə, eləcədə də şəhərin tıxacında əlavə vaxt itirməyəcəksiniz. Eləcə də, online anteki doldurmaq cəmi bir neçə dəqiqənizi alacaq. Həmçinin siz eyni anda bir neçə bankın səhifəsində onlayn kredit sifarişi edə bilərsiniz. Daha sonra isə hansı bank sizə uyğun gəlsə o banka da müraciət edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Kreditlərin Onlayn Sifarişini banco.az portalı vasitəsilə də həyata keçirə bilərsiniz. İstədiyiniz krediti əldə etmək üçün sadəcə cədvəldən istədiyiniz bankın məhsulunu seçin və sifariş et düyməsini klik edin. Öz şəxsi məlumatlarınızı daxil edib sifarişi göndərin. Sifarişdən sonra müvafiq bankın əməkdaşı sizinlə əlaqə saxlayacaq.