Onlayn konfranslar üçün nəzərdə tutulan ən yaxşı 5 ödənişsiz tətbiq – SİYAHI | Banco.az

Onlayn konfranslar üçün nəzərdə tutulan ən yaxşı 5 ödənişsiz tətbiq – SİYAHI

Koronavirus pandemiya elan edildikdən sonra bütün dünyada bir çox ofis onlayn iş rejiminə keçməyə məcbur olub. Çünki pandemiyanın qarşısını almaq üçün texnologiyalardan istifadə etmək zəruridir. Onlayn konfranslar, iclaslar, biznes görüşlər, müzakirələr üçün nəzərdə tutulan proqram təminatlarından istifadə edərək evdən çıxmadan da canlı əlaqə yaratmaq mümkündür.

İnnovasiyalar Agentliyinin təqdim etdiyi, ödənişsiz istifadə edə biləcəyiniz 5 həllin siyahısı ilə sizi tanış edir:

1. Zoom Meeting 

- 100 nəfər iştirak edə bilər;

-  256-bit TLS şifrələnmiş;

- 40 dəqiqəlik görüş limiti.

Link: https://www.zoom.us/ 

2. Skype 

- Kros-platforma dəstəyi; 

- Veb-brauzerdə istifadə edilə bilər; 

- Canlı subtitrlar;

- 50 iştirakçıya qədər.

Link: https://www.skype.com/ 

3. FreeConference 

Ən sərfəli kredit üçün müraciət et

- Yükləməyə ehtiyac yoxdur. Veb-brauzerdə istifadə edilə bilər;

- Beynəlxalq telefon nömrələri ilə qoşulmaq olur; 

- 5 nəfər iştirak edə bilər.

Link: https://www.freeconference.com/ 

4. Google Hangouts 

- Desktop və mobil cihazlar üçün;

- Veb brauzerdə istifadə edilə bilər;

- Videoçat 10 nəfərə qədər məhdudlaşdırılıb.

Link: https://hangouts.google.com/ 

5. Cisco Webex 

- Meetings 1GB bulud yaddaş daxildir;

- 100 nəfər iştirak edə bilər;

- Ekran ilə paylaşmaq imkanı.

Link: https://www.webex.com/

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et