Hər biznes qurularkən təbiidir ki müəyyən qədər atılan səhv addımlar olacaq. Bu yazıda, ən çox rast gəlinən və qaçınmalı olduğunuz səhvlərə yer verəcəyik. Həmin səhvlər aşağıdakılardır;
1. Başlamaq üçün ideal vaxtı gözləmək
Biznesi başlamaq üçün bütün komponentlər artıq hazırdır. Məhsul vəya xidmət dizayn edilib, bütün proseslər qurulub, qısa və orta müddətli planlar müəyyən edilib, büdcə ayrılıb ancaq İdeal vaxtın gəlməsi gözlənilir. Belə birşey yoxdur. Bazarda xüsusi bir ehtiyacın yaranması, vəya ani bir fürsətin çıxması bütün qurulacaq bizneslərə aidiyyəti yoxdur. Fürsəti görək, anında reaksiya vermək ayrı məsələdir. İstənilən sahədə bir biznes qurmaq ayrı məsələdir. İdeal vaxt deyə bir şey yoxdur. Əgər bütün proseslər hazırdırsa, planlarınız və hədəfləriniz dəqiqləşibsə və üstəlik büdcə də hazırdırsa gözləmək sadəcə gördüyünüz işləri vaxt keçdikcə çöp etməkdir. İdeal vaxt elə işləri hazır edib, fəaliyyətə başladığınız gündür.
2.Hamı ilə eyni olmaq vəya fərqlənməmək.
Əgər bir niş bazara daxil olmursuzsa, sizdən başqa bir rəqib yoxdursa o bazarda siz rəqiblərinizlə fərqlənmək məcburiyyətindəsiz. Daxil olduğunuz bazarda müəyyən sayda rəqib varsa, siz də +1 olacaqsızsa müştəri üçün çox önəmi yoxdur. Məsələn, xaricdə təhsil üçün xidmət verən bir platforma yaratmısız. Bu biznes bazarda 10larla firma tərəfindən təqdim edilir. Məsələn mən müştəri kimi, sizi seçməkdə məqsədim nə olmalıdır? Düşünün, eyni xidməti verən A,B,C,D,E və …. bunlardan biri də siz. Sizi bazarın digər nümayəndələrindən fərqləndirən bir xüsusiyyətiniz olmalıdır. Hansı ki bu, müştəriləri sizi seçmək üçün hərəkətə gətirsin. Bunu hərbir firma öz bazarında, öz şərtlərinə uyğun müəyyən edib, tətbiq etməlidir.
3. Əhəmiyyətsiz bir həll yolu təklif etmək
Bu cümləni çox eşitmisiz yəqin ki, hər qurulan bir firma vəya biznes bir problemli həll etmək üzərinə olmalıdır. Doğrudur, ancaq bu hər problem üçün də keçərli deyil. Həll etməyi düşündüyünüz problemləri seçərkən diqqətli olmaq lazımdır. Siz həll edib, bir şey təklif edəcəksiz ancaq müştəri nəzərində bunun əhəmiyyəti olmaya bilər. Seçdiyiniz problem və ona uyğun təklif edəcəyiniz mal vəya xidmət, sizə bir gətirisi olacaqsa əhəmiyyətlidir. Əksi təqdirsə bütün problemlərə qarşı bir həll yolu təklif etməyiniz önəmli deyil. Buna görə problemləri analiz edərkən də, sizə gətirisi maksimum olacaq bir problem seçməlisiniz.
4. Hədəf kütləniz müəyyən deyilsə
Bir biznes qurulan zaman, bütün prosesin son addımlarından biri də müştəriyə çatmaqdır. Əgər kimə çatacağınızı bilmirsizsə, vəya məhsulu kimə təqdim edəcəyinizi bilmirsizsə sizin uğurlu olma ehtimalınız olduqca aşağıdır. Çünki, hədəf kütləniz müəyyən olsa, siz artıq bilirsiz ki bu məhsulu vəya xidməti kimə satacam. Müəyyən olunan hədəf kütlə nə deməkdir? Artıq siz onları tanıyırsız. Kimdi bu insanlar, nə istəyirlər, necə qərar verirlər, harda daha rahat alışveriş edirlər və s. Əksi təqdirdə kütlə müəyyən deyilsə, ümumi hamıya xitab edirsizsə bu çətin olacaq, çünki hamı fərqlidir, hərə bir cür düşünür, siz kimə, necə xitab edəcəyinizi bilməyəcəksiz. Buna görə, məhsulunuz və xidmətiniz kimin üçündür bu dəqiq olmalıdır.
5. Kiçik bir hədəf kütlə müəyyən etmək.
Hədəf kütləni müəyyən etməyərək, hamıya xitab etmək nə qədər mənfi addımdırsa, çox kiçik kütlə seçmək də başqa bir problemdir. Çünki, hədəf kütləniz kiçik olduqda, sizin biznesin gəlir axışı risk altındadır deməkdir. Məhsul vəya xidmətiniz davamlı seçilməyə bilinər, müştərilər uzun fasilərlə ala bilər. Gəlir axışını davamlı və yüksək etmək üçün hədəf kütləni miqdar olaraq kifayət edəcək səviyyədə təyin etmək lazımdır. Siz ideal bir məhsul təklif edə bilərsiz, ancaq bazar çox kiçikdirsə siz kifayət qədər müştəri tapa bilməyəcəksizsə bunun önəmi yoxdur.
6. Copy Paste uğursuzluğu
Biznesiniz üçün bir plan, strategiya tərtib etmədən, sizin bazarda uğurlu olduğunu düşündüyünüz firmaların atdığı addımları ataraq, siz də uğurlu olacaqsız deyə bir şey yoxdur. Zaman faktorunu gözdən qaçırmayın. Atılan addım, verilən qərarlar öz zamanında keçərlidir. Siz 6 ay sonra 5 il sonra eyni taktiklə, eyni yolla vəya tərzlə uğurlu olacaqsız deyə bir qayda yoxdu. Ehtimalı var mı? Var, ola bilər. Ancaq bu qayda deyil. Sizdə işləyəcək deyə birşey yoxdur. Çünki hərkəs öz strategiyasını, öz xüsusiyyətlərinə, büdcəsinə və əlindəki məhsula görə tərtib etməlidir. Əksi təqdirdə gəlir axışı yaratmadan, bazardan çıxışınızı planlayarsız.
7. Müştərini dinləməmək
Müştəri kraldır, müştəri candır, müştəri hərşeydir deməyə ehtiyac yoxdur. Əgər bir məhsul satırıqsa, birşey təklif ediriksə bunu alan şəxslərin nə düşündüyünü, nə dediyini diqqətə almaq lazımdır. Çünki onu istifadə edən elə onlardır, bəyənməyəcəksə onun istədiklərini ən qanə edəni seçəcək. Bu səbəbdən, müştərini daimi dinləmək lazımdı. Nəyi bəyəndi, nə bəyənmədi, nədən razıdır, nə etsək daha xoşbəxt edərik onu, bu cür addımlara yer vermək lazımdır.
8. Negativ şərhləri qulaq ardına vurmaq
Bizneslər ad olaraq cansız bir şeydir. Ancaq bunları idarə edən, quran insandır. Necə ki bu insanlar da birilərinin müştərisidir. Birşeylər alırıq, xidmətlərdən istifadə edirik. Necə ki biz bəyənməyə bilər, şikayət edə bilərik, bizim şirkət olaraq təklif etdiyimizi də müştərisi bəyənməyə bilər, və şikayətini edər. Bunları qulaq ardına vurmaq, diqqət etməmək müştəri olaraq bizə necə təsir edərsə, bizim şirkətin də müştərisinə elə təsir edəcək. Şəxsi bir örnək verim, bir supermarket zincirindən davamlı təndir çörəyi alırdım. Bir neçə gün (10-15gün) təndirlərin altından yanıq iyi gəlirdi, halbuki yanıq yoxdu. Bişirildiyi qabqan vəya təndirdən dolayı olabilərdi. Və həmən marketin şikayət qutusuna bunu bildirdim. 3 gün sonra artıq təndirlərin altı nə çox qızarmış olurdu, nə də bir iy gəlirdi. Onlar bu şikayətimi diqqətə almasaydı nə olacaqdı? Mən və mənim kimi müştərilər təndir almaq üçün başqa alternativləri seçəcəkdi. Ancaq diqqət etmələri, və anında müdaxilə etmələləri tam əksi reaksiya verdi, artıq daha rahat və xoşbəxt formada alırdım, şirkətin müştəriyə dəyər verdiyini gördüyüm üçün.
9. Qısa müddətdə pulun dibinə vurmaq
Əla bir ideyamız var, büdcəmiz qəşəng, planlarımız hazır. Məhsulumuz vəya xidmətimiz öz yerində, tam bazarın istədiyi kimi. Başladıq və pul axın axın axıb gələcək üstümüzə. Xeyr, çox vaxt gəlmir. Ancaq burda məsələ gəlib gəlməməsi də deyil. Bu düşüncədə olmaqdır. Bizneslər qısa müddətli düşünülməməlidir. Qısa müddətli pul lazım ola bilər, bunu minlərlə yolla təmin etmək də olar. Ancaq bizneslər uzun müddətli bir şey olduğu təqdirdə daha karlı və marağlı olur. Girdik işə, 1 ilə pulumuğuzu çıxarıb 2-3ə vuracıyıq kimi düşüncədə olmaq daha tez motivasiyadan düşməyimizə səbəb olacaq. Ümidlər qırılacaq, komanda ruhdan düşəcək və s. Bu səbədən düşüncə tərzimizi uzun müddətli qurmalıyıq. Qısa müddətli qazanclar yerinə, uzun müddətli ancaq davamlı qazancı seçmək daha optimal variant olardı.
10. Xırda detallarla özümüzü yormaq vəya diqqətimizi dağıtmaq
Bir sistem qurarkən, bir biznes fəaliyyətini inşa edərkən onun əsas addımlarını, komponentlərini müəyyən etməliyik. Hər birinə qarşı, öz təbiətinə uyğun rəftar etmək, vaxt ayırmaq lazımdır. Mənasız, ümumi sistemdə çox da əhəmiyyəti olmayan bir faktora görə diqqətinizi dağıtmaq, normadan artıq vaxt və güc sərf etmək doğru deyil. Buna görə xırda detallarda boğulmamaq üçün prosesin əvvəlində, əsas meyarları ayırd etməyi bacarın. Xırdalar önəmə sahib komponentlərə ona uyğun vaxt ayırın, əsas gücünüzü və efforunuzu bu sistemin əsas parçalarına ayırın və sərf edin.
Səhvsiz insan olmadığı kimi, gördümüyüz işlərdə də mütləq sıfır xəta olacaq deyə bir şey yoxdur. Səhv etməkdən də qorxmamaq, etdikdən sonra da pis olmamaq lazımdır. Ancaq tədbir almaq da yaxşıdır. Bu siyahıda qeyd olunan nüanslar ən çox edilən səhvlərdən sadəcə 10dənəsidir. Bunlara diqqət edərək həm vaxtımıza, həm də büdcəmizə qənaət etmiş olarıq.
markzone.az
Bizi sosial şəbəkələrdən izləyin!!