Onlar dünyanın ən nüfuzlu adamlarıdır | Banco.az

Onlar dünyanın ən nüfuzlu adamlarıdır

ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın ən nüfuzlu 100 adamından ibarət illik reytinq cədvəlini açıqlayıb. 

Jurnalın bu ilki reytinqinə 2013-cü ildə olduğu kimi, yenə də Rusiya prezidenti Vadimir Putin başçılıq edir. 

Jurnal ən nüfuzlu insanların siyahısında ABŞ prezidenti Barak Obamanı 2-ci, Çin Xalq Respublikasının sədri Si Çzinpini isə 3-cü pillədə yerləşdirib. 

“Forbes” jurnalı Vladimir Putini “Rus hökmdarı” adlandıraraq, onun Krımı ölkəsinə birləşdirməsini, Ukrayna ilə qısamüddətli müharibəni və Çinlə 70 milyard dollarlıq qaz sazişi imzalanmasını onun “2014-cü ilin adamı” elan etməyə əsas verdiyini yazıb.

Ən sərfəli kredit üçün müraciət et

Siyahıda Roma Papası I Fransisk 4-cü, Almaniya kansleri Angela Merkel 5-ci, Amerika Federal Rezerv Bankının rəhbəri Canet Yellen 6-cı, dünyanın ən zəngin insanı Bill Geyts 7-ci, Avropa Mərkəzi Bankının sədri Mario Draqi 8-ci, “Google”un yaradıcıları Larri Peys və Sergey Brin 9-cü və Böyük Britaniyanın baş naziri Devid Kemeron isə 10-cu pillədə qərarlaşıb. 

Facebook-un yaradıcısı Mark Zukerberq isə dünaynın ən nüfuzlu 11-ci adamı seçilib.

Modern.az

Ən sərfəli krediti almaq üçün müraciət et