Ölümündən sonra Maykl Cekson nə qədər pul qazanıb? | Banco.az

Ölümündən sonra Maykl Cekson nə qədər pul qazanıb?

Forbesin hesablamalarına görə, Maykl Cekson ölümündən sonra 2,4 milyard dollar qazanıb. Ötən il ərzində onun gəliri kəskin aşağı düşüb. Buna baxmayararaq pop musiqinin kralı son on ildə doqquzuncu dəfə ən yüksək ödənişli ölü ulduzlar reytinqinə başçılıq edir.

Hazırda həyatda olan bir çox məşhur belə bir il ərzində doqquz rəqəmli bir məbləği qazana bilmir. Ancaq 2009-cu ildə ölümü ilə milyonları ağlatmış Maykl Cekson vəfatından sonra bunu dəfələrlə bacarıb. Təkcə 2018-ci ildə vergiləri nəzərə almasaq, varislərinə 400 milyon dollar gəlir gətirib.

Buna görə də bu il əfsanəvi müğənninin gəlirlərinin 60 milyon dollara düşməsi çox insanı təəccübləndirdi. Bəziləri gəlirin belə kəskin azalmasını “Leaving Neverland”(“Neverlandı tərk edərkən”) adlı yeni sənədli filmdə səsləndirilmiş azyaşlı uşaqları istismar etmək iddihamları ilə əlaqələndirir. Lakin əsas səbəb bu deyil.

Pop kralının 2018-ci ildə qazandığı 400 milyon dollar nələri ehtiva edir:

Maykl Ceksonun EMI Musiqi Nəşriyyatındakı payı təxminən 300 milyon ABŞ dollarına satılıb.

Sony şirkəti ilə ölümündən sonra albomların hazırlanmasına dair yeni müqavilədən də gəlir əldə edilib.

Amerika teleşirkəti CBC tərəfindən çəkilmiş “Michael Jackson's Halloween” animasiya filmi də külli miqdarda gəlir gətirib.

Öncədən aydın idi ki, 2019-cu il üzrə gəlirlər əhəmiyyətli dərəcədə aşağı olacaq. 2019-cu ilin əvvəllərində “Leaving Neverland” filmi ətrafında qalmaqallardan sonra da Ceksonun mahnıları ABŞ-da 2,1 milyard dəfə dinlənilib. Bu göstərici keçən ilki, yəni 1,8 milyard dinləmə ilə müqayisədə 17% artım deməkdir.

Nielsen Media Research (Araşdırma) şirkətinin analitika məsələləri üzrə vitse-prezidenti David Bakula:

“Maykl Ceksonun tənqidçisi çox ola bilər, amma ondan da çox fanatı olub. Onun mahnılarını dinləyənlərin sayı artmaqda davam edəcək. Çünki musiqi axını xidmətləri inkişaf edir və ən əsası, Mayklın mahnıları çox məşhurdur”

Həmçinin oxu: Niyə xoşumuza gəlməyən insanlar daha çox uğur qazanır?

Ən sərfəli kredit üçün müraciət et

Buna baxmayaraq Maykl Ceksonun hətta ölümündən sonra yüz milyonlarla dollar qazandığı dövrlər geridə qaldı. Bu, pop musiqisinin kralı ilə bağlı ictimai rezonans doğuran iddihamlardan daha çox, müqavilələrin vaxtının bitməsi və bütün aktivlərin satış əməliyyatlarının başa çatması ilə bağlıdır. Xüsusilə, “Michael Jackson's This Is It” filminin yayınlanmasına dair müqavilə və ölümündən sonra hitlərin kolleksiyası, dünyanı gəzən məşhur “Cirque du Soleil” sirkinə satılan royaltinin “Michael Jackson Immortal World Tour”dan (“Maykl Cekson Ölümsüz Dünya Turu”) gətirdiyi qonorarlar da var. Eyni zamanda müğənninin Sony/ATV Music Publishing şirkətindəki 50%-lik payı 750 milyon dollara satılıb.

Maykl Cekson indidən sonra da Sony şirkətinin səsyazma royaltisindən və “Cirque du Soleil”dən qonorar əldə edəcək. Məşhur sirk Las Veqasda “Michael Jackson One” şousu ilə çıxış edir. Bundan əlavə, hələ də sənətçinin varislərinə məxsus olan “Mijac Music” mahnı kataloqu da mövcuddur. Bəlkə, tezliklə pop musiqinin kralının möhtəşəm iqamətgahı Neverlandın bir alıcısı peyda olacaq. İndi əmlak “Sycamore Valley Ranch” (Vadi rançosu) adlanır və dəyəri 31 milyon dollar məbləğində qiymətləndirilir.

Bu il Çikaqoda Maykl Ceksonun həyatı haqqında tematik myuzikl ləğv olunsa da, 2020-ci ilin avqust ayında Brodveydə nümayiş olunacaq. Bunun hesabına Spotify və Apple Music kimi servislərdə popun kralının mahnılarının dinlənmə sayı artacaq.

Ceff Cempol:

“Musiqi striminq (axın) servislərinin sayəsində biz yeni potensial fanatları Maykl Cekson irsi ilə tanış edə bilərik. Yeni fanatlar Mayklın mahnılarını kəşf etdikdən sonra onun şəkilləri təsvir olunmuş köynəkləri, posterləri və diskləri almağa başlayacaq. Bu, əla marketinq gedişidir”.

Qeyd edək ki, Ceff Cempol dünyasını dəyişmiş məşhurların irsinə cavabdehdir. Buraya Maykl Cekson, Cim Morrison, Cenis Coplin daxildir.

Həmçinin oxu: Reklamlarda emosiya və manipulyasiyalardan necə istifadə olunur?

Ölümündən sonrakı on ildə Maykl Cekson bircə dəfə 2012-ci ildə liderliyi əvvəlki il vəfat etmiş Elizabet Teylora güzəştə gedib.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et