Ölkəyə yeyinti məhsullarının idxalı artıb | Banco.az

Ölkəyə yeyinti məhsullarının idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-fevral aylarında 378 milyon 112 min dollarlıq yeyinti məhsulları idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,9% və ya 17 milyon 744 min dollar artıb.

Məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında idxal edilən yeyinti məhsullarının dəyəri 360 milyon 368 min dollar olub.

Qeyd edək ki, bu ilin ilk 2 ayında idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 15,45% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et