Ölkəyə daxil olan pul baratları 54% azalıb | Banco.az

Ölkəyə daxil olan pul baratları 54% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-sentyabr aylarında ölkəyə göndərilən pul baratlarının həcmi 53.9% azalaraq 1.3 milyarda enib.

Banco.az Mərkəzi Bankın “Tədiyyə Balansı Hesabatı”na istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 2.8 milyard dollara bərabər olub.

Məlumata görə, ölkədən köçürülən pul baratlarının həcmi isə 23% azalaraq 0.4 mlrd. dollara enib. Ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 0.5 mlrd. dollar olub.

Nəticədə pul baratları üzrə 0.9 mlrd. müsbət saldo yaranıb. 2022-ci ildə müsbət saldo 2.3 mlrd. dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram