Ölkənin maliyyə bazarına təsir edən əsas amillər nələrdir? | Banco.az

Ölkənin maliyyə bazarına təsir edən əsas amillər nələrdir?

“Tədiyyə balansının əsasını təşkil edən cari əməliyyatlar balansı tarazlığa çox yaxındır, sıfra yaxınlaşdırılıb”.

Bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manatın məzənnəsinin əhəmiyyətli korreksiyası 2015-2016-cı ildə xidmətlər və mal ixracının təxminən 6 mlrd. azalmasına gətirib çıxarıb.

Bununla belə, AMB-nin İdarə Heyətinin sədri qeyd edib ki, kapital hərəkəti balansında problemlər qalmaqdadır: “Bu nə ilə bağlıdır? Bizim çoxdan toplanmış problemlərimiz, borclanmalarımız, şirkətlərə zəmanət verilən borclar var. Hazırda bu borclar reallaşır. Azərbaycan Beynəlxalq Bankının xarici borclanması var.

Köhnədən qalan bu borcları verməyə məcburuq. Bu amil bazara çox ciddi təsir göstərə bilir. Eyni zamanda, biz çox nəhəng beynəlxaql layihə həyata keçiririk. Bu TANAP layihəsidir. Bu layihəni maliyyələşdirmək üçün ölkə valyuta resurslarını müəyyən dərəcədə gərginləşdirməyə məcbur olur. Yəni, bu layihə də bizim tədiyyə balansının kapitalın hərəkəti hissəsinə təsir edir.

Ən sərfəli kredit üçün müraciət et

Əgər bütün bunları qiymətləndirsək, bütövlükdə tədiyyə balansının bu il gözlənilən 5 mlrd. dollarlıq mənfi saldosu əhəmiyyətli rəqəmdir. Onun 88-90%-i məhz kapitalın hərəkəti ilə bağlıdır. Yəni, bu, keçmiş və gələcəklə bağlıdır. Başqa sözlə, keçmişdə götürülmüş borclarla və gələcək layihələrimizlə əlaqədardır.  AMB bu problemlərin cari balansa və cari kursa təsir göstərməməsini nəzərdə tutan valyuta siyasəti yürüdür”.

E. Rüstəmov əlavə edib ki, bu gün əsas prioritet makroiqtisadiyyatın sabitləşdirilməsi və inkişafa nail olmaqdır: “Sabitləşmə ilə inkişafın məqsədləri arasında bir oxşarlıq var. Hər ikisinin son məqsədi insanların, şirkətlərin və dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.

Sabitlik yoxdursa, eləcə də yüksək inflyasiyaya görə insanlar, müəssisələr öz gəlirlərini itirilər. Buna görə də, dövlət də öz gəlirlərindən məhrum olur. Ona görə də biz makroiqtisadi sabitləşməyə nail olmaqla insanların, müəssisələrin gəlirlərinin itirilməsinin qarşısını almalıyıq. Makroiqtisadi sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq. Buna görə də indi əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır”.

Mənbə: APA.az