“Media Consulting and Services” agentliyinin media monitorinq qrupu noyabr ayı ərzində haqqında ən çox danışılan bankların siyahısını açıqlayıb.
Şirkətdən verilən məlumata görə, bir ayda mediada bankların adı 28 336 dəfə çəkilib. Noyabr ayında adının mətbuatda hallanmasına görə ən məşhur bank “Azərbaycan Beynəlxalq Bankı”dır. Bu bank haqqında 2101 məlumat yayılıb. Sıralamada 933 məlumatla “Unibank” 2-ci, “Bank of Baku” isə 917 məlumatla 3-cü olub.