Ölkənin aktivlərinə görə ən böyük bankı III rübü yüksək nəticələrlə yekunlaşdırıb | Banco.az

Ölkənin aktivlərinə görə ən böyük bankı III rübü yüksək nəticələrlə yekunlaşdırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) cari ilin yanvar-sentyabr aylarını 250 milyon 865 min manat xalis mənfəətlə başa vurub. Bu, illik müqayisədə 40 milyon 952 min manat və ya 19,5% artım deməkdir.  

Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə ABB-nin aktivlərinin həcmi 11 milyard 434 milyon 796 min manata bərabər olub.

Bankın kredit porfeli isə 4 milyard 488 milyon 984 min manat təşkil edib. Bu da 2023-cü ilin əvvəlinə nəzərən 958 milyon 402 min manat və ya 27,1% çoxdur.

Qeyd edək ki, ABB-nin depozit porfeli cari ilin 3-cü rübündə 8 milyard 262 milyon 161 min manat təşkil edib. Bunun da 2 milyard 59 milyon 77 min manatı fiziki şəxslərin depozitləri, 6 milyard 203 milyon 84 min manatı isə hüquqi şəxslərin depozitləri olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram