Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2023-cü ili 322 milyon 269 min manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci illə müqayisədə 67 milyon 890 min manat və ya 26,7% artım deməkdir. 2022-ci ilin eyni dövründə bankın xalis mənfəəti 254 milyon 379 manat olub.
Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə ABB-nin aktivləri 13 milyard 668 milyon 242 min manata bərabər olub.
Bankın kredit porfeli isə 5 milyard 48 milyon 771 min manat təşkil edib. Bu da 1 il əvvəllə müqayisədə 1 milyard 518 min 189 manat və ya 43% çoxdur.
Qeyd edək ki, ABB-nin depozit porfeli ötən ilin sonuna 9 milyard 396 milyon 185 min manat təşkil edib. Bunun da 2 milyard 154 milyon 194 min manatı fiziki şəxslərin depozitləri, 7 milyard 241 milyon 992 min manatı isə hüquqi şəxslərin depozitləri olub.
Bizi sosial şəbəkələrdən izləyin!!