"Banco.az"ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, dövriyyədə olan nağd pul kütləsinin həcmi 2016-cı il aprel ayının 1-nə 5 613,5 mln. manat təşkil edib.
Dövriyyədə olan nağd pulların həcmi ilin əvvəli ilə müqayisədə 196,7 mln. manat və ya 4% artıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 442 mln. manat və ya 30% azalıb. Dövriyyədə olan nağd pulun artması əhalinin valyuta vəsaitlərinin bir hissəsini manata çevirməsi ilə bağlıdır.
Qeyd edək ki, faktiki olaraq son iki aydır ki, dövriyyədə olan nağd pulların həcmində artım müşahidə olunur.