Ölkələrin adlarının mənası nədir? | Banco.az

Ölkələrin adlarının mənası nədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkələrin adları adətən onların tarixində baş verən bir hadisə və ya yerləşdiyi ərazinin xüsusiyyətinə görə adlanır. Bu məqalədə bəzi ölkə adlarının haradan gəldiyini və ölkə adlarının nə məna ifadə etdiyini araşdırmışıq. 

Kanada

Şimali Amerikada yerləşən Kanadanın adı yerli Huron xalqının istifadə etdiyi dildən götürülüb. “Kanata” İrokez dilində kənd və ya qəsəbə deməkdir.

Meksika

Meksikanın adı yerli nahuatl dilindən və "Mēxihco" sözündən gəlir. Nahuatlda “Mēxihco” Aztek imperiyasının paytaxtı və bu gün Mexiko şəhəri kimi tanınan "Tenochtitlan" bölgəsi idi. 

“Mēxihco” sözünün mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur, lakin ən çox qəbul edilən izahlardan biri onun “Mēxtli” və ya “Mēztli” (Ay tanrısı) və “xictli” (göbək, mərkəz) sözlərinin birləşməsindən ibarət olmasıdır. Bu halda “Mēxihco” “Ay Tanrısının mərkəzi” və ya “Ayın göbəyi” kimi ifadə edilir. Başqa bir nəzəriyyəyə görə, “Mēxihco” sözü “Metztli” (Ay) və “co” (yer, bölgə) sözlərindən yaranıb və “Ayın yerləşdiyi yer” mənasını verir.

Braziliya

Braziliya adı əslində "Terra do Brasil" (Braziliya torpağı) sözündən qısaldılıb. "Braziliya ağacı" (Brasilwood) 16-cı əsrin əvvəllərində çox dəyərli idi. Bu ağacdan Avropa tekstil sənayesində qırmızı boyalar istehsal etmək üçün istifadə edilirdi. Buna görə də bu ağaca “köz kimi qırmızı” ləqəbi, bu ağacın bolluğuna və məhsuldarlığına görə isə ölkəyə Braziliya adı verilib.

Uruqvay

Uruqvay adının mənşəyi yerli quarani dilindən gəlir. “Uruqvay” sözü quaran dilində “uru” (quş növü) və “gua” (mənşə) sözlərinin birləşməsindən ibarətdir və “Quşların çayı” və ya “Quşlar ölkəsi” deməkdir. Uruqvay çayı ölkənin günümüzdə belə adlanmasına səbəb olub. Çay ökənin şərqindən keçərək Atlantik okeanına axır. Bu çayı yerli xalq Uruqvay adlandırırdı və zaman keçdikcə bütün ölkəyə də bu ad verilib. 

Venesuela

Venesuela İtaliyanın Venesiya şəhərinə bənzəyir və buna görə də "Kiçik Venesiya" adını qazanıb.

Kolumbiya

Kolumbiya əvvəlcə İspan koloniyası olduğu üçün "Yeni Qranada" adlanırdı. Sonralar bura "Kolumb ölkəsi" və ya kolumbiyalıların ölkəsi olaraq adlanmağa başlandı.

Argentina

Ərazisinin böyük bir hissəsi Cənubi Amerikada yerləşən Argentinanın mənası kifayət qədər poetikdir. Ölkənin adı “Gümüş çayın kənarındakı ölkə” mənasını verir.

Fransa

"Franklar ölkəsi" mənasını verən Fransa adını latın “francia” sözündən götürüb. Bu sözün mənşəyi cəsur və ya vəhşi mənasını verən qədim alman sözü olan “franka” sözünə qədər gedib çıxır.

İtaliya

Aralıq dənizi sahilində yerləşən İtaliyanın adının mənşəyi ilə bağlı fikirlər çoxdur. Bunlardan birininə görə İtaliya sözü latınca “vitulus” sözündən gəlir. Mənası “dana” və ya “öküzün oğulları” mənasını verir. Başqa bir fikirdə isə ölkənin adının “işıq ölkəsi” mənasını verən “diovi-telia” ifadəsindən gəldiyi göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

Makedoniya

Ölkə adları mənaları siyahısına daxil edilən Makedoniya adı ölkədə yaşayan insanların boyunu təsvir edən “Ucaboy insanlar ölkəsi” mənasını verir.

Andorra

Coğrafiya insanların və iqlimlərin olduğu qədər ölkələrin adlarına da təsir edir. Bunun ən yaxşı nümunələrindən biri Andorradır. Andorra adı “kollarla örtülmüş torpaq” deməkdir.

Norveç

Norveçin adı “Şimal yolu” və ya “Şimal torpağı” deməkdir. Bu ifadələrin kökü isə Vikinqlərə dayanır.

Uels

Uels adı “Wilisc” (Uels) və ya daha dəqiq desək, “Yadlar ölkəsi” sözündən, anqlo-sakson olmayan yer üçün nəzərdə tutulmuş termindən gəlir.

Türkiyə

Göytürklərin istifadə etdikləri Göytürk əlifbası ilə tikilmiş Orxon yazılarında “Türk” və ya “Türük” sözlərinə rast gəlinir. Qədim bir xalqı ifadə etmək üçün işlənən bu ifadənin yanında "-iye" şəkilçisi var. Bu şəkilçi farsca “yaşayış yeri” mənasını verən “-estan” “-stan” ifadəsindəndir. Yəni türklərin yaşadığı yer, türklərin məmləkəti, türklərin məskunlaşdığı torpaqlar deməkdir.

Qətər

Qətər adının mənşəyi ərəbcə “Katara” sözündən götürüldüyü güman edilir. Yunan coğrafiyaşünası Ptolemeyin yazdığı xəritələrdə “Katara” adı Fars körfəzində bir bölgə kimi qeyd olunur. Bu xəritələrdə “Katara” deyilən yer bu gün Qətərin yerləşdiyi yarımadaya aiddir.

Avstraliya

Avstraliyanın cənub torpaqları adlarına görə yüksək coğrafi mövqeyə malikdir və “cənub” mənasını verən latın “australis” sözündən götürülüb. Tədqiqatçı Metyu Flinders 1804-cü ildə ölkənin adını bu gün bildiyimiz kimi populyarlaşdıran şəxs olub.

Yeni Zelandiya

Yeni Zelandiya Maori dilindəki adı "Aotearoa"dır və “uzun ağ bulud” kimi təsvir olunur. Yeni Zelandiya Hollandiya kartoqrafları tərəfindən Hollandiyadakı Zelandiya adasının şərəfinə adlandırılıb. Yeni Zelandiyanın adının rəsmi olaraq “Aotearoa” olaraq dəyişdirilməsi uzun müddətdir müzakirə olunur.

Əlcəzair

Ölkə adlarının mənaları siyahısına daxil edilən Əlcəzairin iki fərqli mənaya sahib olduğu düşünülür. Birincisi, onun ərəbcə yarımada mənasını verən “cezire” sözündən gəldiyi fikridir. Başqa bir fikrə görə, Osmanlı dövründə cinayətkarlar imperiyanın ən ucqar diyarlarına sürgün edilirdi və Əlcəzair də bu torpaqlardan biri idi. Əlcəzair adının “cəza yeri” adından gəldiyi və indiki formasını aldığı düşünülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et