Müəllif - Aida İsaq, Banco.az
Davam edən hərbi əməliyyatlar fonunda Ukraynaya dəyən ziyanı aradan qaldırmaq üçün bir çox ölkələr maliyyə yardımı aksiyasına qoşulub. Bunun nəticəsində cari il üzrə ölkələr tərəfindən Ukraynaya göstərilən maddi dəstəyin həcmi 120 milyard dollar səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının 2022-ci il üzrə maliyyə sabitliyi hesabatında qeyd olunur. Beləliklə, tərəfdaş ölkələrdən təqdim olunan və göstərilən rəsmi maliyyə, hərbi və humanitar yardımın ümumi məbləğinin artıq 120 milyard dolları ötdüyü məlum olub.
Eyni zamanda gələn il Avropa İttifaqı Şurasının Ukraynaya 18 milyard avro ayıracağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!