Ölkədən çıxışa «stop»u kommersiyya məhkəmələri təyin edəcək – YENİLİK | Banco.az

Ölkədən çıxışa «stop»u kommersiyya məhkəmələri təyin edəcək – YENİLİK

Azərbaycanda yeni yaradılmış kommersiya məhkəmələrinin səlahiyyətləri bir qədər genişləndirlib.

Bu barədə  Məhkəmə Hüquq Şurasının rəsmisi Seyfəlpaşa Əliyev bildirib.

Onun sözlərinə görə, əvvəllər bir sıra məhkəmə işlərinə xüsusi icraat qaydasında baxılırdısa, indi bu barədə qərarları kommersiya məhkəmləri verəcək.

Ən sərfəli kredit üçün müraciət et

«Söhbət vergi orqanlarının təqdimatı əsasında şəxsin ölkədən getməsinə müvəqqəti məhdudiyyət qoyulmasından gedir. İndiyədək bu işi xüsusi icraat qaydasında rayon məhkəmələri həyata keçirirdi. İndi isə əgər tərəf, yəni ölkədən çıxışına məhdudiyyət qoyulacaq şəxs sahibkardısa artıq bu məslələrə də kommersiya məhkəməsi baxacaq»-deyə S.Əliyev bildirib.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et