Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 507,9 kiloqramı qızılın, 3 762,2 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı ötən ilin ilk 11 ayı ilə müqayisədə 16,4%, gümüş istehsalı isə 49,9% azalıb.
Dekabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 234,8 kiloqram hazır qızıl, 621,8 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!