Ölkədə hansı telefon modelinin saxta versiyası daha çox satılır? | Banco.az

Ölkədə hansı telefon modelinin saxta versiyası daha çox satılır?

Şarj aləti vasitəsilə smartfonun orijinallığını yoxlamaq mümkün deyil".

Bu sözləri açıqlamasında telefon üzrə mütəxəssis İlkin Quluzadə deyib.

O, smartfonların orijinallıq göstəriciləri barədə danışarkən bildirib ki, telefonun saxta, yoxsa orijinal olduğunu onun menyusu və ölçüsündən aydın şəkildə bilmək olur: "Məsələn, A51 modeli saxtadırsa, görünüşcə uzun, çəkisi isə ağır olur. Uzunsovluq saxta modelin kamerasında xüsusilə nəzərə çarpır. Telefonun menyusundan saxta olub-olmadığını bilmək üçün isə "mənim fayllarım" bölümünə daxil olmaq lazımdır. Saxta modeldə menyuda qovluqların görünüşü fərqli olur. Şarj aləti vasitəsilə smartfonun orijinallığını yoxlamaq mümkün deyil. Çünki saxta telefonun üzərinə orijinal şarj aləti qoymaqda çətin heç nə yoxdur".

İ.Quluzadə ölkəmizdə ən çox satılan saxta telefon modelləri barədə də məlumat verib: "Azərbaycanda Samsung S8, S9 modellərinin saxta versiyasına daha çox rast gəlinir. iPhone 7-nin də saxta olma ehtimalı çox yüksəkdir. Ümumiyyətlə, saxta telefonu baxan kimi müəyyənləşdirmək mümkündür".

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram