Ölkədə dollarlaşma prosesi başlayıb? | Banco.az

Ölkədə dollarlaşma prosesi başlayıb?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Mərkəzi Bankda keçirilən hərraclarda ABŞ dollarına tələbatın artması müvəqqəti xarakter daşıyır. Adıçəkilən qurumdan da bildirilib ki, bu ,əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır”.

Banco.az xəbər verir ki, bu açıqlamanı iqtisadçı Pərviz Heydərov dollarlaşma prosesi başlayandan,  manata inam itməsi ilə bağlı fikirlərə münasibət bildirən zaman edib.

2024-cü ilin ötən dövr ərzində valyuta hərraclarının 55%-də təklif tələbi üstələdiyini xatırladan ekspert hesav edir ki,  tədiyyə balansı profisitli vəziyyətdə olması, başqa sözlə desəm, ölkəyə xarici valyuta axını onun ölkədən çıxış həcmindən üstündür.

“İkincisi, depozit strukturuna gəldikdə isə, ölkədə xarici valyuta ilə əmanət yerləşdirilməsi rentabelli xarakter daşımır. Cəmi 2,5% divident səviyyəsinə görə sığorta vədi verilir ki, manatla depozitlər üzrə isə bu rəqəm 12% təşkil edir. Odur ki, yanvardakı tendensiya bilavasitə fiziki şəxslər üzrə sırf subyektiv amillərdən irəli gələn səbəb xarakteri daşıyır. Xüsusən də o baxımdan ki, manatın məzənnəsi inzibati yolla tənzimlənir. Yəni, ölkədə üzən məzənnə rejimi fəaliyyət göstərmir. O ki qaldı kreditləşdirmədə dollarizasiya tempinə, bax, buna ciddi yanaşmaq lazımdır. Məsələ bundadır ki, hərraclarda ABŞ valyutasına tələbin yüksəlməsi də, cari ilin yanvar ayında bankların kredit portfelində xarici valyuta ilə verilən kredit vəsaitlərinin artması da məhz idxal faktoru ilə bağlıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert qeyd edib ki, xarici ticarət dövriyyəsi üzrə mənfi saldo şəraitində heç bir makrosabitlikdən və stabil məzənnədən söhbət gedə bilməz:

“İdxal ixracdan fərqli olaraq ölkədən pul aparır və ona görə də milli valyutanın dəyəri mütləq dərəcədə müvafiq dəstəkdən asılı olur. Yeri gəlmişkən, keçən ilin yekununa görə, 2022-ci illə müqayisədə xarici ticarət dövriyyəmiz faktiki qiymətlərlə 20,2%, real ifadədə 5,6% enib. İdxal real ifadədə 1,9% artdığı halda, ixrac 8,2% azalıb. Bir sözlə, manatı saxlayan neftdir, yoxsa dollarlaşma daha geniş vüsət alardı”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et