Ölkədə bankomat və POS terminalların sayı artıb | Banco.az

Ölkədə bankomat və POS terminalların sayı artıb

Əvvəlki illərlə müqayisədə, əhali arasında nağd pul istifadəsi nəzərəçarpacaq şəkildə azalıb. Insanlar ödəniş edərkən plastik kartların imknalarından faydalanırlar. Bu dəyişiklik ölkədəki ATM və POS terminalların sürətlə artmasına təsir göstərir.

Banco.az saytı olaraq 2015-ci ilin aprel ayı ərzində bankomatlar və POS terminalların sayındakı dəyişikliklə bağlı statistik məlumatları nəzərinizə çatdırırq.

 Banco.az  Mərkəzi Banka İstinadən məlumat verir ki, cari ilin martl ayı ilə müqayisədə ATM-lərin sayı 9 ədəd artaraq, 2642-yə çatıb.  Bu bankomatlardan 1484-ü Bakının, 1158-si isə regionların payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Bir ay ərzində paytaxtdakı ATM-lərin sayında 3 ədəd artım  olub. Regionlarda isə 6 ədəd yeni bankomat istifadəyə verilib.

ATM-lərlə müqayisədə, POS terminalların sayındakı artım daha nəzərəçarpan olub. Belə ki, yanvar ayı ilə müqayisədə onların sayı artaraq 78039 -a çatıb ki, bunun da 76605-i pərakəndə ticarət mərkəzlərinin payına düşür. aprel ayı  ərzində ölkə ərazisində 408 ədəd yeni  POS terminal quraşdırılıb.

Regionlarda POS terminalların sayı 813 ədəd  artaraq  27402-dən 28215 –ə yüksəlsə də, Bakıdakı POS-terminalların sayı regionlardakından təxminən 2 dəfə çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et