Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 974,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 70,9 faiz, neft koksunun istehsalı 37,8 faiz, qazoylların (dizel yanacağının) istehsalı 22,4 faiz, avtomobil benzininin istehsalı 21,3 faiz artıb, neft bitumunun istehsalı 33,4 faiz, mazut istehsalı isə 92,3 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!