Ölkədə 9 ayda istehlakçılara 28,5 milyard manatlıq məhsul satılıb | Banco.az

Ölkədə 9 ayda istehlakçılara 28,5 milyard manatlıq məhsul satılıb

2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28 milyard 54,9 milyon manatlıq məhsul satılıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

O cümlədən, 15 milyard 121,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 933,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,6 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,3 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb. 

Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

 

 

Ən sərfəli kredit üçün müraciət et

oxu.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et