Ölkə nağd ödənişlərdən imtina edir | Banco.az

Ölkə nağd ödənişlərdən imtina edir

Danimarka hökuməti ölkə ərazisində tam nağdsız ödənişlərdən istifadəyə keçmək niyyətindədir.

Əgər bu təşəbbüs ölkə parlamenti tərəfindən qəbul edilsə, 2016-cı ilin yanvarınadək Danimarkada pərakəndə ticarət tamamilə nağdsız ödənişlərin (kredit kartı və mobil ödənişlər) köməyilə həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Danimarkada nağdsız ödənişlərdən istifadə geniş yayılıb: artıq 2012-ci ildə bütün ödənişlərin 84.2 faizi kredit kartı və elektron pul cüzdanının köməyilə həyata keçirilib. Həmçinin İrlandiyada elektron ödənişlərdən istifadə geniş yayılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et