Ölkə iqtisadiyyatına 7,3 milyard dollar məbləğində xarici investisiya yönəldilib | Banco.az

Ölkə iqtisadiyyatına 7,3 milyard dollar məbləğində xarici investisiya yönəldilib

Bu ilin birinci yarısında ölkə iqtisadiyyatına 7,3 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 38,3 faiz çox xarici investisiya yönəldilib. İnvestisiyaların 11,2 faizi iqtisadiyyata maliyyə kreditləri, 53,1 faizi birbaşa, 35,7 faizi isə portfel və digər şəkildə daxil olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birbaşa investisiyaların həcmi 3,9 milyard dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 faiz artıb. Bunun 3,3 milyard dolları və ya 85,3 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.
Bu dövrdə ölkə rezidentlərinə 815,5 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilib, onların 46,5 faizi dövlət təminatlı kreditlərdir.

Ən sərfəli kredit üçün müraciət et

http://azertag.az/