Ölkə əhalisinin geyim xərcləri 5%-dən çox artıb | Banco.az

Ölkə əhalisinin geyim xərcləri 5%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 8 milyard 71 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5,4% çoxdur. 

Qeyd edək ki, ötən 11 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 15 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram