Ölkə əhalisinin 10,8 faizini pensiyaçılar təşkil edir | Banco.az

Ölkə əhalisinin 10,8 faizini pensiyaçılar təşkil edir

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,0 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əmək- haqqının 47,3 faizinə bərabər olub.

Qeyd edək ki, ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram