Ölkə əhalisi tibbi məhsullara 625 mln. manat pul xərcləyib | Banco.az

Ölkə əhalisi tibbi məhsullara 625 mln. manat pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara bu ilin birinci yarısında 624,6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7.3% azdır.

2023-cü ilin yanvar-iyun aylarıda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram